19 C
Baku
Friday, May 3, 2024

“WhatsApp”da mühüm yenilik – Artıq şəkilləri yüksək keyfiyyətdə göndərmək mümkündür

“WhatsApp” messenceri fotoşəkillərin “HD” keyfiyyətində göndərilməsini dəstəkləməyə başlayıb, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Yenilik istifadəçilərə şəkilləri yüksək keyfiyyətdə göndərməyə imkan verir.

Göndərmə zamanı şəkilllərin yüksək keyfiyyətini saxlamaq üçün ekranın yuxarı hissəsindəki “HD” işarəsinə klikləmək lazımdır. Yeni funksiya tədricən bütün ölkələr üçün əlçatan olacaq.

İnternet sürəti zəif olduqda, istifadəçilər şəklin standart və ya yüksək keyfiyyətdə göndərilməsini seçə biləcəklər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər