15 C
Baku
Tuesday, April 30, 2024

“WhatsApp”da yeni funskiya işə düşüb

“WhatsApp” tərtibatçıları lazımi yazışmaların daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər. Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbəti tapmağa kömək etməlidir. Ümumilikdə messencerə üç filtr əlavə edilib: “Hamısı”, “Oxunmamış” və “Qruplar”.

“Hamısı” filtrini seçərkən istifadəçi bütün yazışmalarını görəcək. “Oxunmamış” seçimini etsəniz, cavabsız qalan mesajlar görünəcək.

“Qruplar” filtri bütün qrup söhbətlərini ayrı bir bölmədə göstərir. Tərtibatçılar gələcəkdə yeniliyi təkmilləşdirməyə söz verirlər. Hələki funksiya inkişaf mərhələsindədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər