17 C
Baku
Monday, May 6, 2024

“Xəzər dənizi XXI əsrin neft biznesinin mərkəzlərindən birinə çevrilib”

“Xəzər dənizi XXI əsrin neft biznesinin mərkəzlərindən birinə çevrilib”.

Bunu AMEA-nın akademiki Fəxrəddin Qədirov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, son onilliklərdə baş verən proseslərlə əlaqəlidir:

“Son onilliklərdə Xəzər regionunda nəhəng və iri karbohidrogen yataqlarının – Tengiz, Kaşaqan, Şahdəniz, Alov, Y.Korçaqin adına yataqların kəşfi, iri qazılmamış perspektiv strukturlar fondu, neft hasilatının unikal göstəriciləri və parametrləri Azəri-Çıraq-Günəşli meqastrukturu, Bakı Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum magistral boru kəmərləri şəbəkəsi, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Səngəçal dəniz limanı Xəzər dənizi regionunu 21-ci əsrin neft biznesinin mərkəzlərindən birinə çevirib”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər