Tələblər:
- Ali təhsilli olmaq (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
- Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq;
- Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
- Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.
Öhdəliklər:
- İş gününün əvvəlində filial müdiri və mühasib ilə birgə kassanı mühafizəçidən təhvil alaraq açır, nəğd pul vəsaitlərini və digər qiymətlilərin mövcudluğunu sayaraq yoxlayır;
İnkassatorların gətirdikləri pulları və qiymətliləri qəbul edir; - Bank günü ərzində kassaya daxil olan nağd pulları elan blankı ilə qəbul edir, pulların həqiqiliyini, dövriyəyə yararlığını yoxlayır;
- Kassadan məxaric sənədi (pul çeki, kassa məxaric orderi) ilə nağd pul verərkən məxaric sənədlərindəki bankın məsul şəxslərinin imzalarının həqiqiliyini imza nümunələri albomu ilə tutuşduraraq yoxlayır;
- Girov götürülmüş qızıl və zinət əşyalarını saxlanca qəbul edir və uçotunu aparır;
- Bankomatın inkassasiya olunması üçün kassetlərə qoyulan kupyurları seçib ayırır, bankomatdan çıxan yararsız pulları Bankın Pul anbarına və yaxud, MB Ərazi idarəsinə təhvil vermək üçün hazırlayır və təhvil verir;
- Pul çeki ilə MB Ərazi Idarəsindən filialın sifariş etdiyi nağd pulları alıb, kassaya mədaxil edir;
- Kassa limitindən cox olan qalıq məbləğini Bankın Pul anbarına və yaxud, MB Ərazi idarəsinə təhvil vermək üçün hazırlayır və təhvil verir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 avqust 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xəzinədar – İmişli” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.