6 C
Baku
Saturday, December 14, 2024

Xalq Bank ABA tərəfindən 2 mükafata layiq görülüb

®Azərbaycan Banklar Assosiasiyasının təşkil etdiyi “Bankçılıq Mükafatları 2022” mərasimində ASC “Xalq” Bankı 2 nominasiya üzrə qalib seçildi.

Xalq Bank “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”  və “Korporativ sosial məsuliyyət” (KSM)  nominasiyaları üzrə mükafatlandı.

Qeyd edək ki, Xalq Bank ötən il XalqKart Petrol və XalqKart Cashback kartlarını, eləcə də nağdsız ödənişlərin rahat, təhlükəsiz və məxfi aparılmasına imkan verən Apple Pay və Google Pay xidmətlərini aktiv etdi.

Bundan əlavə, 2022-ci ilin sonunda Xalq Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində Azərbaycanın Xalq rəssamı, sənətşünas Lətif Kərimovun “Azərbaycan xalçası” bədii albomunun təqdimatı keçirildi.

Ölkənin ən böyük və aparıcı banklarından olan Xalq Bank ölkə ərazisində 30 filialı ilə müştərilərin xidmətindədir. Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın filiallarından, rəsmi Facebook və Instagram səhifələrindən, bundan əlavə, www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər