23 C
Baku
Friday, April 26, 2024

Xalq Bank Visa tərəfindən mükafata layiq görüldü

®ASC “Xalq” Bankı Visa International beynəlxalq ödəniş sistemi tərəfindən 2021-ci ildə premium kartların emissiyasında göstərdiyi artıma görə “Premium portfelin artımı üzrə” (“Strength of premium portfolio”) mükafatı ilə təltif edilmişdir.

Xalq Bankın təqdim etdiyi Visa Platinum və Visa Infinite kartları vasitəsilə müştərilər dünyanın istənilən nöqtəsində müxtəlif premium xidmətlərdən faydalana bilər:

  • 24/7 Visa Qlobal Dəstək (Visa Global Customer Assistance) servisi;
  • Beynəlxalq hava limanlarında yerləşən 1000-dən artıq VİP-zaldan sərbəst istifadə hüququ verən Lounge Key proqramı (Visa Platinum – ildə 2 dəfə və Visa Infinite – ildə 6 dəfə);
  • Beynəlxalq səyahət sığortası;
  • 24/7 dünyanın istənilən ölkəsində peşəkar məlumat dəstəyi və sifarişlərin yerinə yetirilməsi üzrə özəl xidmətlər üçün pulsuz Visa Concierge xidməti; 
  • Beynəlxalq hava limanlarında sürətli keçidi təmin edən Fast Track xidməti;
  • pulsuz COVİD-19 testindən yararlanma imkanı (Visa Platinum – ildə 2 dəfə və Visa Infinite – ildə 10 dəfə).

Məlumat üçün bildirək ki, Xalq Bank Visa ödəniş sistemi ilə 2009-cu ildən əməkdaşlıq edir. Hazırda Bank müştərilərinə Visa Classic, Visa Gold, Visa Business, Visa Platinum və  Visa Infinite kartlarını təqdim edir.

Bankın  məhsul və xidmətləri  haqqında ətraflı məlumatı rəsmi Facebook, Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək mümkündür.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər