-3 C
Baku
Sunday, December 15, 2024

“Xalq Bank”ın mənfəəti 2 dəfə artıb

“Xalq Bank” ASC bu ilin II rübünü 11 milyon 828 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 5 milyon 819 min manat olub ki, bu da illik müqayisədə 2 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Yanvar-iyun aylarında “Xalq Bank”ın gəlirləri 60 milyon 574 min manat (illik müqayisədə 15% çox), xərcləri 39 milyon 912 min manat təşkil edib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il iyulun 1-nə “Xalq Bank”ın aktivləri 2 milyard 532 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14% çoxdur. Bunun 1 milyard 450 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3.2% böyüyüb.

DEPOZİTLƏR ARTIB

Hesabat dövründə bankın cəmi öhdəlikləri 16.3% artaraq 2 milyard 76 milyon manat, cəmi kapitalı 4.5% artaraq 456 milyon 259 min manat, o cümlədən depozit portfeli 18% artaraq 1 milyard 706 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər