“Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2025-ci ili 25 053 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə investisiya şirkəti 34 772 manat zərər etmişdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Xalq Kapital”ın cəmi gəlirləri 106 930 manat (2 dəfəyə yaxın artım), cəmi əməliyyat xərcləri 107 627 manat (9% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Xalq Kapital”ın aktivləri 997 651 manat olub ki, bu da illik müqayisədə 2.7% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 31 450 manat, cəmi kapitalı isə 966 201 manat olub.
Xatırladaq ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır.






