8 C
Baku
Friday, December 13, 2024

Xanım Daşdəmirova fondun İdarə Heyətinə sədr müavini təyin edildi

Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinə müavini təyin edilib.

Banker.az Fonda istinadən xəbər verir ki, Xanım Daşdəmirova bu vəzifəyə təyin edilib.

X.Daşdəmirova 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Menecment üzrə bakalavr, 2011-2013-cü illərdə Xüsusi İstedadlar Qrupunun Beynəlxalq iqtisadi münasibətlər üzrə magistratura təhsili alıb. Hal-hazırda York və Strasburq Universitetlərinin ikili dərəcəli eMBA təhsilini davam etdirir.

O, Layihələrin İdarə Olunması İnstitutunun (Project Management İnstitute – PMİ) PMP və PMİ-ACP beynəlxalq dərəcəli sertifikatlarına malikdir. Layihələrin idarə olunması  üzrə 10 ildən artıq təcrübəyə malikdir.

Son xəbərlər
Digər xəbərlər