Azərbaycanda yeni lisenziya almasına baxmayaraq ikinci ən böyük dövriyəyə sahib olan “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin nizamnamə kapitalı artırılır.
Bu barədə Banker.az şirkətin investisiya propektinə istinadən xəbər verir.
Məlumata görə, investisiya şirkətinin nizamnamə kapitalı 400 000 manat artırılır.
Belə ki, “CPM-İnvest”in səhmdarının qərarı ilə, hər bir səhmi 1000 manat olmaqla 400 ədəd səhm emissiya ediləcək.
Onun səhmdar Kəmalə Məmmədovadır.
İnvestisiya şirkəti 2022-ci ildə Azərbaycan Mərkəzi Bankından lisenziya alıb. Yeni yaradılmasına baxmayaraq Bakı Fond Birjasında 3,96 mlrd. manat dövriyyəyə sahibdir.
Qeyd edək ki, Mərkəzi Bankın qayasında görə, investisiya fondlarının idarə edilməsini həyata keçirən hüquqi nizamnamə kapitalının minimum məbləği 125 000 manat həcmində müəyyən edilir. İdarəçinin idarəetməsində olan aktivlərin həcmi 10 000 000 manatdan artıq olduqda, idarəçi həmin məbləğdən hər bir 200 000 manata görə öz məcmu kapitalını artırılan məbləğin 0.625% həcmində artırmalıdır. Məcmu kapitalın artırılan hissəsi 2 000 000 manata çatdıqda məcmu kapitalın artırılması tələb olunmur.
İnvestisiya şirkətinin Cəmi Kapital Tələbi onun ticarət kitabının həcmindən asılı olaraq müəyyən edilir. Son 250 gün ərzində ticarət kitabındakı əməliyyatların gündəlik orta həcmi 15 000 000 (on beş milyon) AZN-dən artıq olduqda və ya azı 4 gün 20 000 000 (iyirmi milyon) AZN-dən artıq əməliyyat həyata keçirdikdə investisiya şirkətinin ticarət kitabı əhəmiyyətli hesab edilir.