19 C
Baku
Sunday, May 5, 2024

Xaricdən gətirilən kərə yağlarının qiyməti ucuzlaşıb

Azərbaycana idxal edilən kərə yağı azalıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 1 ton kərə yağının orta statistik dəyəri ötən ilin ilk 11 ayında 5775 dollar ikən, cari ilin ilk 11 ayında 5598 dollar təşkil edib. Beləliklə, bu il 1 ton kərə yağının orta idxal qiyməti 177 dollar və ya 3% ucuzlaşıb.

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 83 milyon 505 min dollar dəyərində 14 916 ton kərə yağı idxal edilib.

Ötən ilin eyni dövründə 96 milyon 765 min dollar dəyərində 16 755 ton kərə yağı idxal edilmişdi. Belə ki, idxal edilən kərə yağının dəyəri 14%, miqdarı isə 11% azalıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər