2 C
Baku
Saturday, December 14, 2024

Xariclə ticarətdə Azərbaycan manatı ilə sövdələşmələrin həcmi azalıb

Azərbaycanın xariclə ticarətdəki sövdələşmələrdə milli valyutada aparılan əməliyyatların həcmi 2023-cü ildə azalıb.

Banker.az xəbər verir ki, cari ilin ilk 11 ayında manat ilə 113 milyon 794.42 min dollar ekvivalentində ixrac və 2 milyon 783.15 min dollar ekvivalentində idxal əməliyyatları aparılıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verir.

2022-ci ilin eyni dövründə milli valyuta ilə 121 milyon 745.51 min dollar ekvivalentində ixrac və 36 milyon 437.57 min dollarlıq əməliyyat aparılmışdı.

İxracda manatla əməliyyatlar illik 6.5 faiz, idxalda isə 92.4 faiz azalıb.

 

Son xəbərlər
Digər xəbərlər