15 C
Baku
Saturday, May 18, 2024

Xersonda “Instagram” və “YouTube”un işi dayandırılıb

Xerson vilayətində “Instagram” sosial şəbəkəsi və “YouTube” videohostinqi fəaliyyətini dayandırıb. Bölgənin Rusiya yönlü hərbi-mülki administrasiyasının mətbuat katibinin sözlərinə görə, xidmətlər bölgədə bir neçə gündür işləmir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Xatırladaq ki, mart ayında “Instagram” Baş Prokurorluğun göstərişi ilə Rusiya ərazisində tamamilə bloklanıb. Rusiya hakimiyyəti bunu sosial şəbəkənin sahibi olan “Meta” şirkətinin istifadəçilərə Rusiya ordusunun hərbçilərinə qarşı zorakılıq çağırışı etməyə icazə verməsi ilə izah edib. Bunun üçün korporasiya ekstremist kimi tanınıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər