Çinin “Xiaomi” şirkəti “Intel Tiger Lake” platforması və “Windows 10 Home” əməliyyat sisteminin birləşməsindən istifadə edən “Mi Notebook Pro X 15” noutbukunu təqdim edib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Noutbuk yüksək keyfiyyətli 15.6 düymlük “OLED Super Retina” ekranı ilə təchiz olunub. Bu panel 3.5K (3456*2160 piksel) ölçü, sRGB və SRGB DCI-P3 rəng palitrası və “Corning Gorilla Glass” qoruyucu şüşə ilə təmin edilib.
Yenilik Corei7-11370H (4.8 GHz-ə qədər) və ya Core i5-11300H (4.4 GHz-ə qədər) prosessoru, 4 GB yaddaşı olam GeForce RTX 3050 Ti videokartı, 16 və ya 32 GB SSD, o cümlədən 512 GB və ya 1 TB HDD alacaq.
Modeldə Wi-Fi 6 802.11ax və Bluetooth 5.2 mövcud olacaq.
Bundan əlavə, noutbuk 720p formatlı veb-kamera, işıqlandırılan klaviatura, DTS Audio sistemi, HDMI 2.1 və USB Type-A 3.2 Gen2 portları ilə təchiz edilib. Cihazın ölçüləri 348.9*240.2*17.5-18.47 mm, çəkisi isə 1.9 kq təşkil edir.
“Mi Notebook Pro X 15” noutbukunun qiyməti 1240 ABŞ dollarından başlayır.