17 C
Baku
Friday, May 3, 2024

“Xiaomi”nin bazar dəyəri $20 mlrd. artıb – “Bloomberg”

“Bloomberg”in hesablamalarına görə, Çinin elektronika istehsalçısı “Xiaomi”nin bazar kapitallaşması iyun ayından bəri 20 milyard dollar artıb. Agentlik bu Çin şirkətinin və digər yerli smartfon istehsalçılarının kotirovkalarının artımını “Apple”ın Çində satışlarının azalması əlaqələndirir.

Noyabrın əvvəlində “Apple” ümumi gəlirinin ardıcıl dördüncü dəfə azaldığını bildirib. Mütəxəssislər bunu ilk növbədə şirkətin üçüncü ən böyük bazarı olan Çində “Apple” satışlarının azalması ilə əlaqələndirirlər. “Apple”ın Çin bölməsindən əldə edilən gəlir 2.5% azalaraq 15.1 milyard dollara düşüb.

“Çində iPhone satışlarının tempi yavaşlayır, çünki bir çox istehlakçılar yeni iPhone-un funksionallığında əhəmiyyətli irəliləyişlər görmürlər”, – deyə agentlik “GAM Investment Management”in analitiki Jiang Xi Cortesinin sözlərini sitat gətirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər