17 C
Baku
Tuesday, April 16, 2024

Xırda müəssisələrin kredit qabiliyyətinin qiymətləndirilməsi

Xırda müəssisələrin kredit qabiliyyətinin qiymətləndirilməsi iri və orta sahibkarların borc ödəmə qabiliyyətinin qiymətləndirilməsi kimi – maliyyə əmsalları əsasında kredit qabiliyyətinin qiymətləndirilməsi üsulu ilə həyata keçirilə bilər: balans, pul axının təhlili və mənfəət və zərər hesabatları əsasında. 

Lakin bank tərəfindən maliyyə əmsallarının istifadəsi və pul axınının təhlili metodu bankın həmin müəssisələrində uçot və hesabat işlərinin düzgün qurulmaması səbəbindən çətinlik ilə üzləşir. Əcnəbi, eləcə də yerli xırda sahibkarlar və biznes müəssisələrinin bir qayda olaraq lisenziyalı müsahibələri olmur. Bundan əlavə bu müəssisələr demək olar ki, audit xidmətindən yararlanmır, yəni belə xərclər adətən onlar üçün əlçatan deyil. Ona görə də borcalanın hesabatlarının audit tərəfindən təsdiqi mövcud olmur.

Bu səbəblərlə əlaqədar olaraq müştərinin kredit qabiliyyətinin qiymətləndirilməsi onun maliyyə hesabatlarına deyil, bank əməkdaşının həmin şəxsin biznesinə nə qədər yaxşı bələd olmasından asılı olur. Bundan ötrü bank işçisi daima müştəri ilə kontaktda olmalı, onunla şəxsi müsahibə keçirməli, həmin müəssisəyə mütəmadi səfərlər təşkil etməlidir. Yəni biznesi öz gözləri ilə görməli, təhlil aparmalı və nəticələr çıxarmalıdır.

Xırda biznesin sahibi ilə şəxsi görüş zamanı borcun məqsədi, borcun qaytarılma müddəti və mənbəyi araşdırılır. Müştəri sübut etməlidir ki, kreditləşən ehtiyatlar müəyyən müddətə qədər azalacaq, kreditləşən xərclər isə realizə edilən məhsulun maya dəyərinə silinəcək. Müəssisəni tez-tez ziyarət etməyin mümkün olması üçün bank yalnız yaxınlıqda yerləşən firmalara kredit verir.

Xırda müəssisələrin daha bir xüsusiyyətini qeyd etmək lazımdır – bu müəssisələrin rəhbərləri və işçiləri adətən eyni bir ailənin üzvləri və ya qohumları olurlar. Ona görə də sahibkarın şəxsi kapitalı ilə müəssisənin kapitalının qarışması baş verə bilir. Buna görə də belə xırda müəssisələr ilə bank arasındakı kredit münasibətlərində növbəti xüsusiyyət yaranır: kreditin geri ödənilməsinin təminatı qismində məhz müəssisə sahibinin mülkiyyəti, əmlakı çıxış edir, adətən daşınmaz əmlak girov olur. Amma bununla əlaqədar olaraq da xırda müəssisənin kreditləşməsi zamanı onun sahibinin maliyyə durumu da nəzərə alınır.

Biznes sahibinin maliyyə durumu şəxsi maliyyə hesabatı əsasında müəyyən olunur. Şəxsi maliyyə hesabatının forması özündə fiziki şəxsin aktiv və passivləri haqqında məlumatı əhatə edir. Bu zaman girov qoyulmuş aktivlər və təminatlı passivlər də müəyyən olunur. Aktivlərə şəxsi nağd vəsaitlər, səhm və ya istiqrazlar, qohumların, dostların, yaxınların və s. debitor borcları, daşınmaz əmlak və s aid edilir. Passivlər isə banklara, qohumlara, dostlar və digər şəxslərə olan borclar, hesab və vergilər üzərindən borclanma, borc götürülmüş əmlakın dəyəri, müqavilə üzrə ödənişlər, sığorta ödənişləri üçün istifadə olunan kreditlər və s əsasında əmələ gəlir

Daha detallı analiz üçün fiziki şəxsin hər bir aktiv və passivlərinin hər birinin ayrılıqda açıqlaması verilir. Beləliklə xırda müəssisələrinin kredit qabiliyyətinin qiymətləndirilməsi növbəti elementlərdən təşkil olunur.

1. İşgüzar riskin qiymətləndirilməsi.

2. Müştərinin fəaliyyətinin müşahidə edilməsi.

3. Bankirin müəssisə sahibi ilə şəxsi söhbəti.

4. Müəssisə sahibinin şəxsi maliyyə durumunun qiymətləndirilməsi.

Son xəbərlər
Digər xəbərlər