13 C
Baku
Thursday, April 18, 2024

“Xocəsən” metro stansiyası bu ilin sonuna qədər hazır olacaq

Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində inşa olunan eyni adlı metro stansiyasının bu ilin sonuna qədər hazır olması nəzərdə tutulur.

Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

“Xocəsən” stansiyasında tikinti işləri mərhələli şəkildə aparılır və birinci mərhələ üzrə işləri artıq yekunlaşmaq üzrədir. Tikinti işləri təkcə metropolitenin obyektləri və stansiyalarının inşası ilə tamamlanmır. Burda çox geniş mühəndis-texniki qurğular və avandalıqlar quraşdırılmalıdır ki, bu sahədə də işlər gedir. Yəqin ki, bu il tikinti işlərinin birinci mərhələsini və “Xocəsən” stansiyasının tikintisini başa çatdıracağıq”, – deyə o, qeyd edib.

Son xəbərlər
Digər xəbərlər