8 C
Baku
Thursday, March 28, 2024

“Xorvatiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi ilk dəfə olaraq 1 mlrd. dolları ötəcək”

“Xorvatiya ilə Azərbaycan arasında 2022-ci il üçün ticarət dövriyyəsi ilk dəfə olaraq 1 milyard ABŞ dollarından çox olacaq”.

Bunu Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç deyib.

Səfirin sözlərinə görə, Xorvatiyanın Bakıda səfirliyinin açılmasından ötən 4 il ərzində iqtisadi əlaqələr inkişafına yaxşı təkan verilib. “O zaman ölkələrimiz arasında ticarət dövriyyəsi 300 milyon ABŞ dollarına yaxın idi. 2022-ci ilin yalnız 8 ayı ərzində dövriyyə artıq 700 milyon ABŞ dollarını keçib”, – Zebiç bildirib.

Səfir ötən il üçün yenilənmiş, tam hesabata malik olmadığını vurğulayıb. “Amma göstərici, çox güman ki, 1 milyard ABŞ dollarından çox olacaq. Bu isə ümumi sərhədləri olmayan kiçik ölkələr üçün kifayət qədər böyük göstəricidir. Bu o deməkdir ki, Xorvatiya Azərbaycan üçün, Azərbaycan isə Xorvatiya üçün mühüm ticarət tərəfdaşıdır”, – o deyib.

B.Zebiç Azərbaycan ilə ticari-iqtisadi əməkdaşlığın ən mühüm hissəsi kimi Xorvatiyanın böyük həcmdə Azərbaycan neftini idxal etməsini göstərib: “Ticarət dövriyyəsinin 90%-dən çoxu Azərbaycan neftinin Xorvatiyaya ixracının payına düşür”.

“Xorvatiyanın Azərbaycana ixracı məlum səbəblərdən Azərbaycandan idxalla müqayisə olunmasa da, artır. 4 il əvvəl Xorvatiyadan Azərbaycana ixracat cəmi 1-2 milyon ABŞ dolları idisə, indi bu, 7 milyon ABŞ dollarından çoxdur”, – səfir əlavə edib.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər