20 C
Baku
Friday, May 3, 2024

Yanvarda əhali ₼2.5 milyard ərzaq, içki və tütün məmulatlarına xərcləyib

2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard
manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,0 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü ilin yanvar ayı ilə müqayisədə
pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 5 faiz artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi avtomobil benzini və dizel
yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi
ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,
17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər