Azərbaycanda 2022-ci ilin yanvar ayı üzrə sığorta şirkətlərinin maliyyə vəziyyəti açıqlanıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ən çox sığorta yığımı edən şirkətlər arasında birinci yeri “Paşa Sığorta” şirkəti tutur. (59 milyon 856 min manat). İkinci yerdə isə 25 milyon 320 min manat olmaqla “Paşa Həyat Sığorta” dayanır. Üçüncü yerdə “İpək Yolu Sığorta” qərarlaşıb. (5 milyon 125 min manat), 4-cü yerdə “Qala Sığorta” (5 milyon 107 min manat), 5-ci yerdə isə “Xalq Sığorta” (3 milyon 984 min manat).
Yanvar ayında ən az yığım edən şirkətlər isə “Naxçıvansığorta” (148 min manat), “Meqa Həyat Sığorta” (102 min manat) sığorta şirkətləridir.
Sığortaçının adı | Sığorta Haqqları (2022-ci il yanvar), min manat |
Paşa Sığorta | 59.856 |
Paşa Həyat Sığorta | 25.320 |
İpək Yolu Sığorta | 5.125 |
Qala Sığorta | 5.107 |
Xalq Sığorta | 3.984 |
Meqa Sığorta | 2.769 |
Atəşgah Həyat Sığorta Şirkəti | 2.699 |
Atəşgah Sığorta Şirkəti | 2.630 |
Azərbaycan Sənaye Sığorta | 2.571 |
Aqrar Sığorta | 1.517 |
A-Qroup Sığorta Şirkəti | 1.364 |
Qala Həyat Sığorta Şirkəti | 969 |
AtaSığorta | 907 |
AzSığorta | 869 |
Dövlət Sığorta Kommersiya Şirkəti | 827 |
Xalq Həyat Sığorta Şirkəti | 608 |
Günay Sığorta | 486 |
Bakı Sığorta | 375 |
Naxçıvansığorta | 148 |
Meqa Həyat Sığorta | 102 |