Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin yanvar ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.
2021-ci ilin yanvar ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 24 milyon 800 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə “Dövlət Sığorta Kommersiya” Şirkətidir. (15 milyon 517 min manat).
Üçüncü yerdə 7 milyon 482 min manat olmaqla “Paşa Sığorta” şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Atəşgah Həyat Sığorta” şirkəti 3 milyon 645 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Xalq Sığorta” şirkətidir – 1 milyon 506 min manat.
Yanvarda ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Bakı Sığorta” (27 min manat), “Naxçıvansığorta” (24 min manat), “Rəvan Sığorta” (9 min manat) və “İpək Yolu Sığorta (min manat) olub. “Aqrar Sığorta” isə sığorta ödənişi həyata keçirməyib.