14 C
Baku
Thursday, May 16, 2024

Yanvarda bank müştərilərinin sayı 300 mindən çox artıb

Bu ilin yanvar ayına olan məlumata görə, ölkədə bank müştərilərinin sayı 12 484 409-dur. Bu da təkcə yanvar ayı ərzində müştərilərin sayının 302 840 və ya 2.5%, ötən ilin yanvar ayı ilə müqayisədə isə 18.9% artdığını göstərir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

AMB-nin hesabatında bildirilir ki, bank müştərilərinin 99%-i fiziki şəxslər (onların 4.2%-i sahibkarlqla məşğul olanlar), 1%-i isə hüquqi şəxslərdir. Xatırladaq ki, ötən ilin oktyabr ayından başlayaraq bank müştərisi olan şirkətlərin sayında azalma gedirdi. Aylar sonra ilk dəfə bu ilin yanvarında bu azalma artımla əvəzləndi. Belə ki, ilin ilk ayında bank müştərisi olan hüquqi şəxslərin sayında 1 252 artım var.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər