15 C
Baku
Friday, March 29, 2024

Yanvarda sənaye məhsulu istehsalı 5.4% artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar ayında 6.5 mlrd. manatlıq və ya 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 5.4% çox sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1.4%, qeyri neft-qaz sektorunda isə 24.1% artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Sənaye məhsulunun 72.2%-i mədənçıxarma sektorunda, 23%-i emal sektorunda, 4.3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6.1% azalmış, əmtəəlik qaz hasilatı isə 18.3% artıb.

DSK-nın məlumatına əsasən, emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2.4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2.1 dəfə, elektrik avadanlıqlarının istehsalı 93.3 faiz, mebel istehsalı 85.7%, tikinti materiallarının istehsalı 85.1%, maşın və avadanlıqların istehsalı 69.8%, əczaçılıq məhsullarının istehsalı 63.2%, kimya sənayesi məhsullarının istehsalı 61.6%, hazır metal məmulatlarının istehsalı 59%, kompüter, elektron və optik məhsulların istehsalı 50.9%, poliqrafiya məhsullarının istehsalı 45.4%, metallurgiya sənayesi məhsullarının istehsalı 40.8%, neft məhsullarının istehsalı 28.3%, kağız və karton istehsalı 27.6%, qida məhsullarının istehsalı 19.1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 18.6% artıb, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 4.7%, geyim istehsalı 6.4%, içkilərin istehsalı 12.8%, toxuculuq sənayesi məhsullarının istehsalı 13.9%, tütün məmulatlarının istehsalı 30.5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 32.2% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5.1% artıb.

Son xəbərlər
Digər xəbərlər