8 C
Baku
Friday, December 13, 2024

Yanvarda sığorta yığımlarının 80%-i bu 5 şirkətin kassasına daxil olub

2021-ci ilin yanvar ayında Azərbaycanda toplanılmış 104 milyon 11 min manat sığorta haqqının 82 milyon 941 min manatı və yaxud 79.7%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər “PAŞA Sığorta” (51 226 min manat), “PAŞA Həyat Sığorta” (16 451 min manat) ASC-lər, “İpək Yolu Sığorta” Şirkəti (6 149 min manat), eləcə də “Qala Sığorta” (5 879 min manat) və “Atəşgah Sığorta” Şirkəti  (3 236 min manat) ASC-lərdir.

2021-ci ilin yanvarında ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Bakı Sığorta” (164 min manat), “Naxçıvansığorta” (123 min manat), “Aqrar Sığorta” (14 min manat) sığorta şirkətləridir.

Son xəbərlər
Digər xəbərlər