16 C
Baku
Thursday, May 2, 2024

“Yapı Kredi Bank Azərbaycan” ABA tərəfindən mükafata layiq görüldü

®28 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının ümumi  yığıncağı keçirilmiş və ənənəvi Bankçılıq Mükafatları – 2022 adlı tədbirdə üzv təşkilatlar, Ekspert Qrupları və tərəfdaşlar müvafiq nominasiyalar üzrə mükafatlarla təltif edilmişdir.

2022-ci il üçün “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə  Yapı Kredi Bank Azərbaycan ABA tərəfindən mükafata layiq görülüb.

Yapı Kredi Bank  Azərbaycan korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilmişdir. Yapı Kredi Bank  Azərbaycan ölkəmizdə ISO 14001:2015 sertifikatını əldə edən ilk bankdır və ekoloji göstəriciləri daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək və ətraf mühitə olan təsiri minimuma endirmək bank üçün mühüm hədəflər kimi müəyyən edilmişdir.  Bank həmçinin BMT-nin Qlobal Sazişinin universal prinsipləri əsasında qlobal iqtisadiyyata və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermək üçün öz üzərinə mühüm və məsuliyyətli korporativ öhdəlik götürmüşdür.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər