6 C
Baku
Sunday, December 15, 2024

“Yapı Kredi Bank Azərbaycan”ın maliyyə durumu bəlli oldu

“Yapı Kredi Bank Azərbaycan” QSC 2021-ci ili 931 min manat xalis zərərlə başa vurub.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 36 milyon 625 min manat, xərcləri 30 milyon 677 min manat təşkil edib. 2020-ci ildə bankın gəlirləri 45 milyon 530 min manat, xərcləri isə 28 milyon 665 min manat olub.

Bu il yanvarın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 394 milyon 807 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 13.4% çoxdur. Bunun 174 milyon 914 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17% böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 17.4% artaraq 312 milyon 745 min manata, o cümlədən depozit portfeli 15% artaraq 285 milyon 148 min manata, balans kapitalı isə 0.2 % artaraq 82 milyon 62 min  manata çatıb.

Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99.8 %-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0,01 %-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01 %-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.

y1 y2

Son xəbərlər
Digər xəbərlər