5 C
Baku
Saturday, December 14, 2024

“Yapı Kredi Bank Azərbaycan”ın vəziyyəti məlum oldu – əməliyyat mənfəəti artıb

“Yapı Kredi Bank Azərbaycan” 2020-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Bank 2020-ci ili 1 milyon 373 min manat xalis mənfəətlə başa vurub. 2019-cu ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 3 milyon 977 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

XƏRCLƏRİ AZALIB

2020-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın faiz gəlirləri 32 630 min manat (2.4% az), qeyri-faiz gəlirləri 12 900 min manat (14.5% az), faiz xərcləri 1 719 min manat (1.7 dəfə az), qeyri-faiz xərcləri 26 946 min (7.6% az) manat olub.

Bankın cəmi gəlirləri 45 530 min manat (2019-cu ildə 48 504), cəmi xərcləri isə 28 665 min manat (2019-cu ildə 32 204 min manat) olub. 2020-ci ildə bankın gəlirləri xərclərini üstələdiyindən bankın 16 865 min manatlıq əməliyyat mənfəəti formalaşıb. 2019-cu ildə isə bu rəqəm 16 300 min manat idi.

2020-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan”  348 285 min manat aktivlərə malik olub ki, bu da illik müqayisədə bankın aktivlərinin 19% artması deməkdir. Bunun 149 352 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli ötən il 20.2% azalıb.

DAŞINMAZ ƏMLAK KREDİTLƏRİ ARTIB

“Yapı Kredi Bank Azərbaycan”ın biznes kreditləri portfeli 33 746 min manat azalaraq 96 280 min manata, istehlak kreditləri 7 790 min manat azalaraq 39 579 min manat, daşınmaz əmlak kreditləri isə 3 637 min manat artaraq 13 494 min manata çatıb.

“Yapı Kredi Bank Azərbaycan”da 2019-cu ilin sonunda 320 826 min manat təşkil etmiş cəmi depozitlər 2020-ci ilin sonunda 247 983 min manat olub.

KAPİTALI ARTIB

Ötən il “Yapı Kredi Bank Azərbaycan” 81 924 min manat cəmi kapitala malik olub. Bank 2019-cu ilin sonunda 81 262 min manat kapitala malik idi. Belə ki, “Yapı Kredi Bank Azərbaycan”ın kapitalı 0.8% artıb.

mz

akt

Son xəbərlər
Digər xəbərlər