6 C
Baku
Saturday, December 14, 2024

Yapon şirkətlərin kotirovkaları son 40 ildə rekord səviyyəyə çatıb

ABŞ-dakı etirazlar fonunda yapon şirkətlərin kotirovkaları son 40 ildə ən yüksək səviyyəyə yüksəlib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, Nikkei indeksi (Yaponiyanın 225 aparıcı şirkətinin səhm qiymətlərini fiksasiya edir) 27 500 bəndi (+1.9%) keçib. Bu, 1990-cı ildən bəri ən yüksək göstəricidir.

Artım eyni zamanda ABŞ-da iqtisadiyyatın stimullaşdırılmasına yönəldilmiş tədbirlər paketinin qəbul edilməsi ilə əlaqəli olub.

Bununla yanaşı, yanvarın 7-də “bitcoin”in 10%-dən çox bahalaşması qeyd alınıb.

Xatırladaq ki, yanvarın 6-da ABŞ Konqresi prezident seçkilərinin nəticələrini təsdiqləməli idilər. Vaşinqtonda keçirilən etirazlar Senat və Nümayəndələr Palatasının iclaslarını pozub. Bundan əlavə, hazırkı prezident Donald Trampın tərəfdarları Kapitoliya binasına basqın ediblər.

Nəticədə 52 nəfər saxlanılıb, 4 nəfər ölüb, 14 polis əməkdaşı yaralanıb.

Son xəbərlər
Digər xəbərlər