10 C
Baku
Thursday, December 12, 2024

Yaponiya Bankı faizləri mənfi zonadan saxlamaqda davam edir

Yaponiya Mərkəzi Bankı gözlənildiyi kimi növbəti dəfə ultra-yumşaq pul siyasətinə davam edəcəyini bildirdi. 

Banker.az xəbər verir ki, Yapon Bankı uçot faiz dərəcəsini mənfi 0.10%-də dəyişməz saxladı. Bununla da dünyada mənfi faiz siyasətini aparan yeganə mərkəzi bankdır.

BOJ siqnal verdi ki, inflyasiya ilin sonuna qədər 2% hədəf çərçivəsinə düşəcək. 

Bu xəbər ardından USD/JPY valyuta cütlüyünün məzənnəsi (JPY- yapon yeni) 140.65 səviyyəsinə düşməklə, sessiya ərzində 0.3% artım etdi. 

Yenin məzənnəsi avroya qarşı isə 15 ilin minimumu olan 153.925 səviyyəsinə enib. Bu arada Avropa Mərkəzi Bankı inflyasiyanı cilovlamaq üçün daha da sərtləşəcəyinə siqnal verib. 

 

Son xəbərlər
Digər xəbərlər