15 C
Baku
Saturday, April 20, 2024

Yaponiya Bankı rəqəmsal valyutanın sınağına başlayıb

Yaponiya Mərkəzi Bankı (Yaponiya Bankı) xüsusi rəqəmsal valyutanın buraxılışı ilə bağlı eksperimentə start verib.

Eksperimentin birinci mərhələsi çərçivəsində yeni sistem üçün mühitin yaradılması nəzərdə tutulub. Birinci mərhələ gələn ilin martınadək davam edəcək.

Növbəti mərhələlərdə rəqəmsal valyutanın funksiyaları, buraxılış və ödəniş qaydaları üzrə sınaqların keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Çin rəqəmsal valyuta ilə bağlı eksperimentlərə başlayıb. Avropa İttifaqı yaxın onillik ərzində bu prosesə başlamağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər