Yaponiya fələstinlillərə 65 milyon dollar humanitar yardım ayıracağını bəyan edib.
Bu barədə Yaponiyanın xarici işlər naziri Yoko Kamikava İsrailin xarici işlər naziri Eli Kohen və fələstinli həmkarı Riyad əl-Maliki ilə görüşdən sonra İordaniyada jurnalistlərə açıqlama verən zaman deyib.
Yaponiyalı nazir Kamikava həmçinin onun ölkəsinin müharibədən zərər çəkmiş Qəzzaya maddi yardım etməyi planlaşdırdığını bildirib.
Qeyd edək ki, 65 milyon dollar, keçən ay elan edilən 10 milyon dollarlıq yardıma əlavədir.