10 C
Baku
Friday, December 13, 2024

Yaponiya koronavirusla bağlı fövqəladə vəziyyəti ləğv edir

Yaponiya hökuməti koronavirusla əlaqəli məhdudiyyətləri ləğv etdiyini açıqlayıb. Banker.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yosihide Suqa məlumat verib.

Qeyd edək ki, hazırda fövqəladə rejim 47 prefekturadan 19-da işləyir: Hokkaydo, Qifu, Ayti, Mie, Siqa, Hiroşima, Tokyo, Kanaqava, Tiba, İbaraki, Totiqi, Qunma, Saytama, Şizuoka, Osaka, Kyoto, Hyoqo, Fukuoka, Okinava və daha 8 əyalətdə daha yumşaq məhdudiyyətləri nəzərdə tutan koronavirusla mübarizə üçün gücləndirilmiş tədbirlər rejimi mövcuddur.

Demək olar ki, bütün prefekturalarda yoluxanların sayı, tibb müəssisələrinin yükü, ağır halların sayı 30 sentyabrdan sonra məhdudiyyətlərin götürülməsinə imkan verəcək səviyyəyə enmişdir.

Fövqəladə rejimin ləğv edilməsinə baxmayaraq, yumşaldıcı tədbirlərin tədricən tətbiq ediləcəyi ehtimal olunur. Başlanğıcda, ilk ay ərzində, böyük tədbirlərdə iştirak edəcək maksimum adam sayının 5 min nəfərdən və ya ümumi tamaşaçı sayının 50%-ə qədər artırılmasına icazə veriləcək.

Bundan əlavə, virusun yayılmasının qarşısının alınması tədbirləri ilə əlaqədar təsdiqləmə prosedurunu keçmiş müəssisələrə axşam 9-a qədər işlərinə icazə veriləcək. Xatırladaq ki, indi restoran, bar və kafelər axşam saat səkkizdə bağlanır.

Son xəbərlər
Digər xəbərlər