“Zaqatala AGRO İndustry” MMC “Agro Tütün” MMC-ni məhkəməyə verib.
Banker.az xəbər verir ki, “Zaqatala AGRO İndustry” MMC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Rüfət Məcidovun sədrliyi ilə araşdırılacaq. İşə Şəki Kommersiya Məhkəməsində baxılır.
Qeyd edək ki, Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC quru tütün istehsal edir.