6 C
Baku
Sunday, December 15, 2024

Yaponiyada koronavirusun mutasiya etmiş yeni növü aşkarlanıb

Yaponiyada Cənubi Afrikadakı koronavirus növünə ilk yoluxma halı qeydə alınıb, bu barədə NHK telekanalı məlumat yayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, Cənubi Afrika Respublikasından gələn 30 yaşlı qadının koronavirus testinin nəticəsi müsbət olub.

Sonrakı tədqiqatlar nəticəsində onun mutasiya etmiş virus olduğu müəyyən edilib. Bundan əlavə, daha altı nəfər İngiltərədə aşkarlanan virusa yoluxub. Beləliklə, Yaponiyada ümumilikdə 15 nəfər koronavirusun mutasiya etmiş yeni növünə yoluxub.

Son xəbərlər
Digər xəbərlər