Yaponiyanın baş naziri Fumio Kişida dekabrın 14-də ölkənin hakim Liberal Demokrat Partiyasının (LDP) ən böyük fraksiyasında pul yığımı və rüşvətlə bağlı siyasi qalmaqal fonunda hökumətin dörd nazirinin istefasını qəbul edib, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Bildirilir ki, Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno istefa verib. Bu vəzifəni keçmiş xarici işlər naziri Yoşimasa Hayaşinin tutacağı gözlənilir. Matsunodan başqa, iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura, milli işlər və kommunikasiyalar naziri Junji Suzuki və kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq naziri İçiro Miyaşita vəzifələrini itiriblər.
“Kyodo” agentliyinin məlumatına görə, həmçinin beş nazir müavini, bir parlamentin müavini və müdafiə nazirinin müşaviri istefa verib. Onların hamısı həm də Abe fraksiyasının üzvləridir.