6 C
Baku
Sunday, December 15, 2024

Yaponiyanın “Nikkei” indeksi 6.7% düşüb

Yaponiyanın aparıcı şirkətlərinin səhmlərinin qiyməti avqustun 5-i bazar ertəsi hərracların açılışında ucuzlaşıb. “Nikkei 225” indeksi ticarətin başlanmasından təxminən yarım saat ərzində 6.7% azalaraq 33 488.08 bənd təşkil edib.

“Associated Press”in məlumatına görə, buna səbəb yüksək faiz dərəcələri ilə əlaqədar Amerika iqtisadiyyatı ilə bağlı narahatlıqlar olub. Cümə günü, avqustun 2-də Amerikanın “S&P 500” indeksi 1.8%, “Dow Jones” 1.5%, “Nasdaq” 2.4% ucuzlaşıb. Agentlik qeyd edir ki, “Nikkei” bu yaxınlarda rekord səviyyəyə çatıb: indeks 42 min bəndi keçib.

Keçən həftənin sonunda Yaponiyanın “Nikkei 225” və TOPIX indeksləri 5-6% ucuzlaşıb ki, bu da son bir neçə ilin ən kəskin enişidir. Onların ardınca digər Asiya, sonra isə Avropa indeksləri ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər