Parlament üzvləri sentyabrın 16-da Yaponiyanın yeni baş nazirini seçəcəklər.
Banker.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat verib.
Qeyd edildiyi kimi, Liberal-Demokratik Partiyanın rəhbərlik etdiyi hakim koalisiya, səsvermə tarixinin müəyyənləşdirilməsində müxalifət partiyalarla razılığa gələ bilib.
Agentliyin bildirdiyi kimi, sentyabrın 14-də LDP-nin yeni sədri seçiləcək və qalib gələn namizəd sentyabrın 16-da parlament seçkilərindən sonra Yaponiyanın baş naziri vəzifəsinə təyin ediləcək.
Xatırladaq ki, avqustun 28-də Yaponiyanın baş naziri Abe istefa verdiyini açıqlamışdır. Bu, nazirin səhhətindəki problemlərlə əlaqəli olub.