Türkiyə taxıl müqaviləsini bərpa etmək üçün tədbirlər görməyə davam edir.
Bunu ölkənin milli müdafiə naziri Yaşar Gülər deyib.
Nazirlik rəhbəri Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasına ümid etdiyini bildirib. Eyni zamanda o, Ankaranın Qara dəniz qida təşəbbüsü müddətinin uzadılması istiqamətində səylərindən əl çəkmədiyini deyib.
“Biz ölkəmizin koordinasiyası ilə bağlanmış və səmərəliliyinə görə ərzaq böhranının aradan qaldırılmasına böyük töhfə vermiş Qara dəniz taxıl sazişinin yenilənməsi ilə bağlı təşəbbüsləri həyata keçirməyə davam edirik”, – nazir vurğulayıb.
Yaşar Gülər həmçinin əlavə edib ki, yerli hökumət Bosfor və Çanaqqala üzrə Montrö Konvensiyasının müddəalarına məsuliyyətlə, qərəzsiz riayət edir.