16 C
Baku
Wednesday, May 8, 2024

Yaxın gələcəkdə Azərbaycan “yaşıl enerji” ixracatçısına çevriləcək

“Xəzər dənizinin potensialı tezliklə Azərbaycanı “yaşıl enerji” ixracatçısına çevirə bilər”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən görüşündə deyib.

“Xəzər dənizi zəngin neft və qaz ehtiyatları ilə yanaşı, külək enerjisi potensialına malikdir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 geqavat təşkil edir ki, bu da yaxın gələcəkdə Azərbaycanı “yaşıl enerji” ixracatçısına çevirə biləcək”, – o bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda müasir infrastruktur, nəqliyyat və logistika imkanları var və genişlənməkdə də davam edir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər