18 C
Baku
Thursday, April 25, 2024

Yaxın müddətdə COVID-in müalicəsi üçün ölkəyə yeni dərmanlar gətiriləcək

“Yaxın müddətdə Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsində istifadə olunan yeni dərman vasitələrinin Azərbaycana gətirilməsi üçün yerli dərman idxalçılarına dəstək göstəriləcək”.

Bu barədə Səhiyyə Nazirliyindən sorğuya cavab olaraq bildirilib.

Qeyd edilib ki, COVID-19 xəstələrinin müalicəsində ağırlaşma riskini əhəmiyyətli dərəcədə azaldan yeni dərman vasitələrinin sadələşdirilmiş və sürətli dövlət qeydiyyatının təmin edilməsi üçün yerli dərman bazarının aparıcı idxalçı şirkətləri ilə əlaqə saxlanılıb.

“Sözügedən dərman vasitələrinin sürətləndirilmiş qaydada idxalı üçün tələb olunan sənədlərin təqdim ediləcəyi ən yaxın müddətdə tərəfimizdən lazımi dəstək göstəriləcək”, – vurğulanıb.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər