6 C
Baku
Sunday, December 15, 2024

Yaxın Şərqdə və Şimali Afrikada otellərin tikintisi üçün $30 mlrd. vəsait ayrılacaq

2023-cu ilədək Yaxın Şərqdə və Şimali Afrikada otellərin tikintisi üçün ümumi məbləği 30 milyard dollar olan müqavilələr imzalanacaq.

Bu barədə otel fəaliyyətinə investisiya qoyuluşunun proqnozlaşdırılması sahəsində ixtisaslaşan “MEED Projects” şirkətinin təqdim etdiyi hesabatda bildirilir. Qeyd olunur ki, bu sahədə daha fəal inkişaf Birləşmiş Ərəb Əmirliklərində, Misirdə və Səudiyyə Ərəbistanında olacaq.

Araşdırmalar göstərib ki, son 7 ildə Yaxın Şərqdə və Şimali Afrikada 800 yeni otel inşa edilib.

“MEED Projects” şirkətinin analitik şöbəsinin müdiri Ed Ceyms deyib ki, bu sahədə lider olan BƏƏ 2012-ci ildən bəri otellərin tikintisi üçün ümumi məbləği 20 milyard dollardan artıq müqavilələr imzalayıb. Səudiyyə Ərəbistanında isə həmin dövrdə bu sahəyə 10 milyard dollardan artıq vəsait yatırılıb. Bununla yanaşı, bu sahəyə investisiyaların qoyuluşu davam edir.

Birləşmiş Ərəb Əmirlikləri gələcəkdə planlaşdırılan otel layihələri üzrə lider mövqedə qalmaqda davam edir və bir neçə iri otelin inşası üçün ümumi məbləği 11 milyard dollar olan müqavilələr imzalayıb. Misir otel layihələrinə 4, Səudiyyə Ərəbistanı isə 3,9 milyard dollarlıq müqavilələr imzalayıb.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər