4 C
Baku
Friday, March 29, 2024

Yaxşı işçilər müdirin pis davranışına səbəb olurlar? TƏDQİQAT

Liderin davranışı onun davamçılarına böyük təsir göstərir və buna dair araşdırmaların sayı-hesabı yoxdur. Bəs əksinə olsa, onda necə? Sizcə, işçilər müdirlərinə təsir göstərirlərmi? Journal of Applied Psychology layiqli işçilərin bəzən qeyri-etik davranan müdirlərə sahib olduqları haqda yazır. 

Lahore İdarəetmə Universitetinin əməkdaşı M. Gufran Ahmed və onun həmkarları Pakistan biznes-məktəblərinin proqramı üzərində bir sıra tədqiqatlar apardılar. Bütün iştirakçılar müxtəlif təşkilatlardan olan üst və ya orta menecerlər idi. 

İlkin araşdırmalar göstərir: davamçılar özlərini nə qədər çox layiqli vətəndaş kimi aparsalar  (məsələn, digər işçilərə yaxşılıq etmək üçün əllərindən gələni etsələr), onlara rəhbərlik edən “lider” bir o qədər mənəviyyatsız olur. Bəzən buna “əxlaq krediti” də deyirlər. Bu konsepsiya bir növ mənəvi tarazlığı qorumaq üçün hər birimizə yaxşı və pis davranışı tarazlaşdırmağa kömək edir. Belə ki, yaxşı əməllər “əxlaq krediti”ni artırır, pis əməllər isə əksinə, azaldır. Bu fenomen ayrı-ayrı fərdlərə münasibətdə istifadə olunsa da, qruplar üçün də uyğun gəlir: əgər qrupun bir üzvü əxlaqi davranırsa, digərləri daha pis davranmaq üçün özlərinə haqq qazandırmağa başlayır. 

Daha sonra qrup üzərində maraqlı onlayn-tədqiqat aparıldı. Tədqiqat nəticəsində məlum oldu ki, liderlər daha narsisist olmağa təşviq edildikdə (bu və ya digər halda qruplarının müvəffəqiyyətinə görə məsuliyyət daşıdıqlarını düşünməyə vadar edildikdə), onlar “əxlaq krediti”nin artdığını hiss edirlər.  

Lakin bu araşdırmaların hamısı ən vacib suala cavab vermir: doğurdanmı dolayı mənəvi ləyaqət liderlərə daha pis davranmaq azadlığını verir?

Real ssenariyə yaxınlaşmaq üçün 250 menecerdən ibarət olan qrupda daha bir araşdırma aparıldı. Bu dəfə iştirakçılar iki gün ərzində dörd sorğundan keçdilər. Sorğuda təqibçilərin müdirlərinin müsbət fəaliyyətləri, narsisizm səviyyələri, o cümlədən qeyri-etik davranışları (məsələn, iş zamanı şəxsi məsələlərlə məşğul olmaq və ya öz günahını həmkarının boynuna qoymaq) soruşuldu. 

Müəlliflər müəyyən etdilər ki, rəhbərlər “mənəvi kredit” artan zaman həqiqətən də daha pis davranmağa başlayırlar. Bu təsir narsisizm olduqda və ya tabeçilikdə olan insanlarla sıx əlaqə qurduqda daha güclü olur. “Çoxsaylı araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatlar göstərir ki, işçinin əxlaqi davranışı müdirlərə etikadan kənar davranmaq üçün mənəvi haqq verir”, – deyə tədqiqatçılar söyləyirlər. 

Əgər yaxşı komandalar qeyri-etik davranışın inkişafını təşviq etdirirsə, bu yalnız müəssisələr üçün deyil, bütövlükdə təşkilatlar üçün faydalıdır. Qeyd etmək lazımdır ki, özünü işçilərinə daha yaxın hiss edən liderlər bu effektə qarşı daha həssasdırlar. Tədqiqatçılar vurğulayırlar: “Nəticələrimiz liderlər və davametdiricilər arasındakı yaxın münasibətlərin həmişə yaxşı olmadığı fikrini dəstəkləyir”. 

Lakin bunun da “amma”sı var. Birincisi, bütün tədqiqatlar müəlliflərin qeyd etdiyi kimi Pakistanda aparılıb. Bu nəticələrin fərqli mədəniyyətlərdə doğruluğunu sübut etmək üçün oxşar tədqiqatların digər ölkələrdə də aparılması lazımdır. 

Aydındır ki, liderlərin işdə, evdə və ya başqa bir yerdə qeyri-etik davranmaq məqsədi ilə “mənəvi kredit”dən nə dərəcədə istifadə etdiklərini araşdırmaq üçün daha çox iş tələb olunur. Üstəlik, bu təsiri azaldan amillər hansılardır? Bəlkə, özlərini “yaxşı insanlar” hesab edən liderlər ona daha az məruz qalırlar? Bir insanın yaxşı və ya pis davranışı qrupun digər üzvlərinə necə təsir göstərir? Əgər hər birimiz əxlaqi tarazlıq içindəyiksə, yaxşı davranan insan, ehtimal ki, daha pis davranmaq hüququna sahib olduğunu hiss edəcək. Sizcə, rəhbərlər üçün bu amil hər hansı bir əhəmiyyət kəsb edirmi? Bu sahədə bir çox həll olunmamış suallar var ki, ümid edirəm onlara yeni araşdırmalar cavab verəcək. 

 

Son xəbərlər
Digər xəbərlər