5 C
Baku
Saturday, December 14, 2024

Yayılmış xəstəliklərə görə bir sıra ölkələrdən idxala müvəqqəti məhdudiyyət qoyulub

Fransanın Yeni Akvitanya regionundan, Rusiyanın Mari El Respublikasından, Avstriyanın Yuxarı Avstriya inzibati ərazi vahidindən, Almaniyanın Meklenburq-Ön Pomeraniya, Bavariya vilayətlərindən, Çexiyanın Ustetsk, Kraloveqradetsk, Zlin diyarlarından və Filippinin Kapiz əyalətindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Banker.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Fransanın Yeni Akvitanya regionunda və Rusiyanın Mari El Respublikasında Nyukasl, Avstriyanın Yuxarı Avstriya inzibati ərazi vahidində, Almaniyanın Meklenburq-Ön Pomeraniya, Bavariya vilayətlərində, Çexiyanın Ustetsk, Kraloveqradetsk, Zlin diyarlarında və Filippinin Kapiz əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Agentlikdən bildirilir ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə müvafiq qərar qəbul edilib.

Eyni zamanda qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər