19 C
Baku
Sunday, May 19, 2024

Yekaterinburq və Bakı arasında yeni aviareys açılacaq

Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti yanvarın 13-dən Yekaterinburq və Bakı arasında birbaşa uçuşlara başlayacaq.

Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı ilə Yekaterinburq arasında birbaşa uçuşlar həftədə üç dəfə – bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Hazırda Yekaterinburqdan Bakıya üç aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) və Rusiyanın “Red Winds” və “İrAero” aviaşirkətləri uçur.

Həmçinin yanvar ayından etibarən “Ural Hava Yolları” Rusiyanın paytaxtı və Yekaterinburqdan İstanbula birbaşa uçuşlar həyata keçirəcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər