3 C
Baku
Saturday, December 14, 2024

Yeni GTA oyununun hazırlanmasına $2 milyard pul xərclənib

“Rockstar Games” “Grand Theft Auto VI” oyununun hazırlanmasına təxminən iki milyard dollar xərcləyib.

Bu barədə adıçəkilən oyun studiyasınının kompüterlərini “sındıran” hakerlər qrupu məlumat yayıb.

Deyilənlərin təsdiqi olaraq, iddianın müəllifi haker forumlarından birində şirkət əməkdaşlarının yazışmalarını göstərən skrinşotları dərc edib.

Mesajlardan belə çıxır ki, GTA VI-nın şərti adı “Amerika”dır və layihənin işlənməsinə hələ 2016-cı ildən başlanılıb.

Məlumata görə, 2 milyard dollarlıq büdcə yekun deyil. Belə ki, oyunun istifadəyə verilməsinə daha iki il var. Bu isə o deməkdir ki, GTA VI-nın yaradılmasının ümumi dəyəri daha çox ola bilər.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər