-1 C
Baku
Sunday, December 15, 2024

Yeni istehsal edilən yerli avtomobillər satışa yaxşı gedir (infoqrafik)

Azərbaycanda 2020-ci il ərzində istehsal olunan avtomobillərin həcmi 1 382 ədəd təşkil edib. Söhbət ilin ilk 3 rübü ərzində istehsal edilən avtomobillərdən gedir.

Banker.az AzStatKom-a istinadən xəbər verir ki, bu isə öncəki illə müqayisədə 18.1 faiz azalma müşahidə edilməsi deməkdir.

İstehsal edilən avtmobillərin 212 ədədi təkcə sentyabr ayı ərzində istehsal olunan avtomobillər olmuşdur. Bildirməliyik ki, ölkəmizdə bir ay içində bu qədər minik avtomobilinin istehsalı pandemiyadan sonra ölkədə qeydə alınan ən yüksək rəqəmdir.

234567

İl ərzində isə ən yüksək minik avtomobili istehsalı fevral ayında qeydə alınmaqla  288 ədəd təşkil etmişdi. Ölkədə tam sərt karantinin tətbiq edildiyi aylarda – aprel və mayda isə bir dənə belə minik avtomobili istehsalı olmamışdı.

Bundan əlavə, digər bir göstərici isə yerli avtomobillərin istehsal olunduqdan sonra ambarda qalmamasıdır. Məsələn, il ərzində 1382 avtomobil istehsal edilib, lakin ambarda cəmi 183 avtomobil qalıb.

Qeyd edək ki, ölkədə “Lifan”, “Khazar”, “Pejo və “AzSamand” kimi avtomobillər yığılır.

Son xəbərlər
Digər xəbərlər