12 C
Baku
Wednesday, December 11, 2024

Yeni ixtisaslaşdırılmış məhkəmə yaradılacaq

Azərbaycanda yeni ixtisaslaşdırılmış məhkəmə yaradılacaq.

Banker.az-ınməlumatına görə, bu, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanda öz əksini tapıb.

Fərmanda qeyd edilib ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılmalıdır.

Son xəbərlər
Digər xəbərlər