12 C
Baku
Wednesday, December 11, 2024

Yeni Mühasibat üçotu və 1C təliminə start verilir!

Mühasib vəzifəsi hər bir müəssisədə mövcud oluğundan, yaxşı mühasib işsiz qalmır. Mühasibatlığı INNABla öyrənərək Siz də onlardan biri ola bilərsiniz. Tədris müddətində mühasibat uçotunu praktiki şəkildə öyrənəcək, karyeranızda uğurlu addım atmış olacaqsınız. Növbəti Mühasibat uçotu və 1C təliminə 26 yanvar 2017-ci il tarixində start veriləcək.
Təlimin bir saatı mühasibat uçotu əməliyyatlarının izahı, digər saatı isə həmin əməliyyatların 1C proqramında tətbiqinə həsr ediləcəkdir. Təlimin iştirakçıları ilkin mühasibat sənədlərindən maliyyə hesabatlarının (balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat) hazırlanmasınadək olan prosesləri öyrənəcəklər. Təlimi bitirən şəxslər gələcəkdə işləyəcəyi müəssisə və təşkilatlarda mühasibat uçotu və 1C ilə bağlı işləri sərbəst yerinə yetirəcəklər.  Dərslər 3 ay (50 Saat) çərçivəsində həftədə 2 dəfə keçirilir. Hər dərsin müddəti 2 saatdır. Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.

Təlimin qiyməti: Aylıq 100 AZN

 

QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ
Tel: 050 290 61 21; 012 594 01 94
E-poçt: [email protected]
Ünvan: Caspian Plaza, 1-ci korpus 12-ci mərtəbə
Online qeydiyyat: http://innab.org/qeydiyyat/

Son xəbərlər
Digər xəbərlər