Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 10.4 milyard manat təşkil edib

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 91.021 ədəd belə NKA quraşdırılıb.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2023-cü ilin yanvar-iyun ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10,4 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz çoxdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər