“Yeni Qalaaltı Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 78 225 369 manatdan 87 466 188 manata qaldırılıb.
Belə ki, otel şirkətinin kapitalı 9 240 819 manat artırılıb.
Xatırladaq ki, “Yeni Qalaaltı Hotel Company” 2014-cü ildə yaradılıb, qanuni təmsilçisi Rəşad Kərimzadədir.






